Tətbiq Sahəsi
Su Nəqliyyatı
Dəniz və çay nəqliyyatında batareya seçimi gəminin ölçüsündən və istifadə məqsədindən asılıdır.
Böyük gəmilərin bort sistemləri üçün stasionar və dərin dövrlü batareyalar, yaxta və kiçik qayıqlar üçün isə işəsalma (starter) batareyaları təklif edirik:
- Gəmi (bort enerji sistemləri — stasionar və dərin dövrlü)
- Yaxta / Qayıq (mühərrik işəsalması — yalnız AGM, EFB və Li-İon)
Dəniz mühiti
Titrəyiş və rütubətə davamlılıq
- Dalğa təsirindən yaranan daimi vibrasiya adi batareya lövhələrini sürətlə zədələyə bilər — AGM-in bərk konstruksiyası bu baxımdan üstünlük verir
- Duzlu, rütubətli mühitdə bağlı (sızmayan) korpus korroziyanın qarşısını alır
İki fərqli ehtiyac
İşəsalma və bort enerjisi
- Mühərrik işəsalması qısa, güclü cərəyan tələb edir (SLİ-yə bənzər xüsusiyyət)
- Bort sistemləri (işıqlandırma, naviqasiya, soyuducu) uzun, sabit boşalma tələb edir — bu, ayrıca dərin dövrlü batareya bankı ilə həll olunur
Bu sahə üçün həll axtarırsınız?
Ehtiyacınızı bizimlə bölüşün, texniki təklif hazırlayaq.